• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 09.01.2021 21:38

Yeni barama cinsi və hibridi yaradılıb

KepezTV Player

Azərbaycanda təmiz tut ipək qurdu cinsi və yeni hibrid yaradılıb. Artıq təstiq üçün Aqrar Xidmətlər Agentliyinə də göndərilib. Fermerlərə təqdim edilməsi planlaşdırılan cins yüksək ipəkliliyi ilə seçilir.

Yeni məhsuldar ipəkqurdu cinsi və hibridi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun baramaçılıq laboratoriyasında yaradılıb. İnstitutun ipəkçi seleksiyaçılarının yeniliyi bioloji-texnoloji göstəricilərinə görə əvvəlkilərdən üstündür. Yeni yaradılan baramalarda qrenanın dirilməsi, diri baramanın və onun pərdəsinin orta kütləsi, eyni zamanda ipəklilik göstəriciləri də yüksəkdir.

Qafar Məmmədov HETİ-nin baramaçılıq laboratoriyasının müdiri: Cins damazlıq yemləmələr üçün nəzərdə tutulur, yəni bu saf cins deməkdir. Hibriddə isə bir neçə cinsin çarpazlaşmasından istifadə olunur. Ordubad 1 cinsi əvvəlki cinsədn baramanın çəkisinə görə fərqlənir. Əvvəlki cinslərin baraması 2-2,10 qram olursa bizim yaratdığımız cinsinin baramanın çəkisi isə 2,30 qramdır. Bizim yaratdığımız bu hibrid də əvvəlki rayaonlaşmış hibridlərdən baramanın çəkisinə və qutudan çəkisinə fərqlənir.

Elmi işçilər tərəfindən tut ipəkqurdu cinsi üzərində 11, hibridin alınması üçün isə 4 ilə yaxın seleksiya işləri aparılıb.

Rasimə Hüseynova HETİ-nin  baramaçılıq laboratoriyasının elmi işçisi: Seleksiya işləri aparılıb. Onların çəkisi, qrenanın sayı, ipək teninin sayı müəyyənləşdirilib. Texnaloji, bialoji göstəricilərin hamısı işlənilib tam hazırlanılıb.

Hazırda laboratoriyada yaz təcrübəsi üçün işlərə də başlanılıb. Yaxın vaxtlarda tut ipək qurdlarının yemlənməsi üçün qutular hazırlanacaq. Ümumilikdə institutun genofondunda  82  ipək qurdu cinsinin saflığı qorunur və saxlanılır. Bu cinslərin 52-i yerli, 30 isə xarici cinslərdir. Həyata keçirilən bu elmi tədqiqat işləri isə ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfəsini verəcək.

Elnur Vahidoğlu