• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 09.01.2021 20:31

Minlərlə vətəndaşı saxta yolla icazə portalından qeydiyyatdan keçirənlər

KepezTV Player

Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanılıb. Faktlarla əlaqədar cinayət işləri başlanılıb.MMC-lərin direktorları barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.