• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 09.01.2021 16:24

Polis şəhid ailələrinə ərzaq yardımı paylayıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə, eləcə də döyüşlərdə yaralanaraq qazi olan şəxslərin ailələrinə ərzaq yardımı edib. Müddətdən artıq hərbi qulluqçu Maqsud Məmmədovun yaşadğı evə gələn polislər şəhidin anası ilə görüşüblər. Ailənin qayğı və problemləri ilə maraqlanıblar. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu bir daha diqqətə çatdırılıb.

Məhəbbət Məmmədova şəhidin anası:Mənim oğlum aprel döyüşlərində də vuruşub. Yaxşıda döyüşüb. İndidə Füzuli Cəbrayıl və uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub.

Polis əməkdaşları şəhid leytenant Seymur Abbasovun da ailəsini ziyarət edib. Müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasının dövlətin daim diqqətində olduğu xatırlanıb. Polis əməkdaşlarının da bu nəcib təşəbbüsə qoşulması minnətdarlıqla qarşılanıb. Gənc zabit olan Seymur Abbasovun döyüşlərdə göstərdiyi şücayət yüksək qiymətləndirilib.

Müşfiq Abbasov şəhidin atası:Allaha şükür dövlət torpağımız qayıdıb. Şuşamız qayıdıb. Oğlum Şuşa uğrund aşəhid oub. Dövlətin qayğısıda olanda bilirik oğlumuz əbəs yerə getməyib.