Onlar vətən müharibəsində öz canları, qanları bahasına işğalda olan torpaqlarımızı azad etdilər. Bizi qalib ölkənin qalib vərtəndaşına çevirdilər. Bu cür igid oğullardan biri də şəhid Elməddin Namazovdur.
Ailədə iki bacının bir qardaşı olan Elməddin Namazovu valideynləri vətənpərvər, torpağa bağlı bir övlad kimi böyüdüblər. Təhsil aldığı Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Gimnaziyasında oxuduğu müddət ərzində də həmişə vətənpərvərliyi ilə seçilib. Şəhər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Gimnaziyanın nümayəndələri şəhidin ailəsi ilə görüşüblər. Döyüşə könüllü gedən Elməddinin qəhrəmanlığından danışılıb. Onun Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhid olduğu xatırladılıb. Ölümündən sonra Vətən uğrunda, Füzulinin azad olunmasına görə və Döyüşdə fərqlənməyə görə medalları ilə təltif olunub.
Nəsib Namazov şəhidin atası: Oğlum vətən uğrunda şəhid oldu. Vətən sağ olsun. Mən oğlumla qürur duyuram. Oğlum vətənə, dinə bağlı, atasına, anasına sadiq uşaq idi. Ali baş komandan İlham Əliyevə minnətdaram. Nə verib, Allah canını sağ eləsin.
Ceyhun Kərimov şəhidin döyüşçü yoldaşı: Mənim həyatda qardaşım yoxdur o insan bir ay müddətində mənə qardaş oldu. Hər bir birinci gələn komandaya özünü birinci atırdı. Bu insan deyirdi ki, məndən sonra kimsə hərəkət etsin. Yaralılarımız olurdu onların arxasınca gedirdi. Hücum əmiri gəlirdi hücuma gedirdi. İgidliklə də şəhid oldu.
Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Gimnaziyasında oxuduğu müddətdə yoldaşlarının, eləcə də müllimlərinin hörmətini qazanan şəhid bu gün də qürur və fəxrlə anılır.
Həqiqət Abbasova gimnaziyanın direktor müavini: Mən onların üçünün də riyaziyyat müəllimi olmuşam. Şəhidlərdən biri Namazov Elməddin, Arazov Səyyar və Orxan Məmmədovdur. Bunlar üçü də çox vətənpərvər şagirdlər olublar. Həmçinin oxumaqda, tərbiyyədə digər şagirdlərdən də seçilirdilər. Elə seçildikləri kimi də gedib vətən uğrunda şəhid olublar. Şəhidlər ölmür, şəhidlər yaşıyır. Bu valideynlər öz uşaqlarını seçilmiş şəkildə, vətənpərvər böyüdüblər ki, bu günkü gündə onlar vətən uğrunda şəhid olublar.
Görüş zamanı bu cür qəhrəman, vətənpərvər oğulların sayəsində işğala son qoyulduğu, azərbaycanın zəfər çaldığı bildirilib.
Elnur Vahidoğlu
- Baxış: 314