• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 08.01.2021 20:30

Nişanlısına qovuşan qazi

KepezTV Player

Vətən müharibəsində sol ayağını itirən qazi ötən gün nişanlısı olan xanımla rəsmi nigaha daxil olub. Qazi Abbas Yusifov Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndinin sakinidir. Əməkdaşlarımız leytenatın evində olub, onun döyüş yolundan söhbət açılıb.  

Qələbənin, üstəlik də sevdiyi xanımla evlənməyin sevinci qazinin çöhrəsindən hiss edilirdi. Axı o qalib ölkənin hərbçisidir. Ayağının birini itirdiyindən döyüşlərdə sonadək iştirak edə bilməməsindən heyfislənən leytenant Suqovuşan və Talış istiqamətlərindəki döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə minaya düşərək xəsarət alıb. Qazi deyir müharibə orduda yüksək əhval ruhiyyənin olduğunu əyani şəkildə göstərdi.

Abbas Yusifov qazi: Hərbiyə marağım uşaq vaxtlarından var idi. Əvvəllər televiziyalarda görürdüm özümüzü cəbhə kəndidir. Hərbi maşınları görürdüm, atışma da olurdu, narahat edirdi məni bu kimi şeylər. Məndə maraq oyatdı evin tək oğlu olsam da getdim. Döyüş yolum ilk günlərdən Tərtərdən, Suqovuşandan başladı. Düşmənin minasına düşərək xəsarət aldım.

O ki, qaldi ailə həyatı qurmasına, Abbas Yusifov hərbi xidmətdə olduğu dövrdə nişanlı olub. Ötən gün isə onun yolunu gözləyən xanımla ailə həyatı qurub.

Abbas Yusifov qazi: Biz canımızı verməyə getmişdik ora, vətən ayağımızı aldı, canımız da qurban. Şükür Allaha elə də problem yaratmır. Mən mülki həyatımda elə çətinlik çəkmirəm. Evliliyimiz indiki vaxta qazi olan vaxta təsadüf elədi. Əksinə mənə istər oz ailəm istər yoldaşımgil tərəfimdən mənə hiss elətdirmədilər ayağımın birinin olmamasını mənə hiss etdirmədilər.

Abbas Yusifov qələbə xəbərlərini xəstəxanada olarkən eşidib. Qazinin indi bir istəyi var - yenidən hərbi xidmətini davam etdirmək. 

Natiq Hüseyn