• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 08.01.2021 16:44

Müasir sosial infrastruktur qurulacaq

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərdə doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə,2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. Bu il şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsi təmin ediləcək. Bütövlükdə 9 mindən çox şəhid ailəsinə dövlət tərəfindən evlər və mənzillər verilib. Nazir bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq. "Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək" - deyə Sahil Babayev əlavə edib.