• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 08.01.2021 09:40

"Ermənistanla sərhədlərin açılması bu ölkənin xeyrinə olacaq"

KepezTV Player

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”.

Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri bildirib.

Mövlud Çavuşoğlu Türkiyənin Xarici işlər naziri:Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində Rusiya, ABŞ və Fransanın müdaxiləsilə 3 dəfə atəşkəs elan edilməsinə çalışılsa da, hər dəfə bu, Ermənistan tərəfindən pozulub. Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Belə olan halda biz Ermənistanla əlaqələrimizi normallaşdıracağıq. Bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik. Ermənistanla sərhədlərin açılması bu ölkənin xeyirinə olacaq. Çünki Ermənistan öz daxilində təcrid olunmuş vəziyyətdə qalıb”