• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 08.01.2021 12:47

Gürcüstandan Azərbaycana dərman keçirmək istəyən şəxs yaxalanıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmız Körpü" gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu sual olunub.

Sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb.