• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 08.01.2021 12:45

Oğurluğa görə saxlanılan şəxsin üzərindən narkotik çıxdı

KepezTV Player

Şəmkirdə silsilə oğurluqlar törədən şəxs saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan narkotik vasitə də aşkarlanıb.

Şəmkir rayon sakini Anar Nağdıyev ötən ilin sonunda yaxın ətrafının əmlakına və rayon mərkəzində müxtəlif mağazalara qənim kəsilib. Əldə etdiyi isə nəğd pul, mobil telefon və digər qiymətli əşyalar olub. Polis tərəfindən saxlanılan şəxsin ətrafında aparılan araşdırmalar zamanı onun narkotik istifadəçisi olduğu da müəyyən edilib.

Rauf Sadıqov müstəntiq:Onun evinə baxış keçirilən zaman evdən 485 qram qurudulmuş marixuana 2 ədəd şpris və 3 ədəd şüşə qab aşkar edilərək götürülüb.

Anar Nağdıyev təkbaşına törətidyi oğurluq əməlini səmimi etiraf edib. Üzərində aşkarlanan narkotik vasitəni isə şəxsi istifadə üçün saxladığını bildirib.

Anar Nağdıyev saxlanılan şəxs:Aynadan girib telefon və pul götürüb çıxırdım. Gündüz getmirdim əsasən gecə vaxtı girirdim oğurluğa. Üstümdən çıxan narkotikdə mənim idi. Mən xəstəyəm özüm istifadə edirəm.

Əvvəllər də məhkumluq həyatı yaşayan Anar Nağdıyev barəsində Cinayət işi başlanılıb. İstintaq aparılır.