• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 08.01.2021 12:37

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir

KepezTV Player

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur.Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi. Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi.