• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 08.01.2021 12:20

Açıqlamalar UNESCO-nun qərəzsizliyini kölgə altına salır

KepezTV Player

Son 30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib.Bunu mədəniyyət naziri Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai ilə görüşündə deyib.O, son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını,təşkilatın qərəzsizliyini və nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına saldığını bildirib.Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcək.