KepezTV Player
Avropa İttifaqı BMT kimi beynəlxalq təşkilatlarla birgə Qarabağ münaqişəsində ziyan dəymiş rayonlarda işə cəlb olunmanın şərtlərini müzakirə edir. Bunu Trend-ə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano deyib. Onun sözlərinə görə, ötən il dekabrın 17-də keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell bildirib ki, Aİ post-konflikt bərpa prosesinin dəstəklənməsi vasitəsilə sülhə nail olmaq cəhdlərinə töhfə verməyə hazırdır.
- Baxış: 188