• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 07.01.2021 16:12

Şəhid ailələri və qazilərlə görüş

KepezTV Player

Millət vəkilləri Vətən müharibəsi qəhrəmanlarının ailələrini ziyarət edir. Qazi Anar Qurbanovun evində olan deputatlar ailənin qayğıları ilə maraqlanıblar. Cəbhəyə könüllü yollanan əsgər Şuşa uğrunda gedən döyüşlərdə gözündən xəsarət alıb. Onun tam sağalamlığına qovuşması üçün tədbirlərin davam etdirilidiyi bildirilib. Qazinin ailəsinə sovqat təqdim olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə Anar Qurbanov “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Onun qardaşı da Aprel döyüşlərində igidlik göstərən oğullardandır.

Anar Qurbanov qazi: Bir müddət təlimlər keçdilər bizə, təlimdə iştirak elədik. Sonra Füzuliyə apardılar bizi. 6 noyabr Şuşaya apardılar Daşaltı əməliyyatında iştirak elədik, lazımi cavabı verdik onlara. Çox gözəl, hər şey yaxşı idi, uğur qazanırdıq, çünki qələbə bizim idi.

Şəhid ailələri və qazilərlə görüş

Şəhid İbrahim Məmmədov da Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şəhidlik zirvəsinə ucalan əsgərin evində olan millət vəkilləri ailənin ehtiyacları ilə maraqlanıb, şəhidin şərəfli döyüş yolundan söz açıblar. Göstərdiyi şücaətə görə İbrahim Məmmədovun “Vətən uğrunda ” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu xatırlanıb. Şəhidin ailəsinə sovqat təqdim edilib.