• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 07.01.2021 12:39

İstixanada narkotik yetişdirən şəxs saxlanıldı

KepezTV Player

Şəmkirdə narkotik əkib-becərən şəxs saxlanılıb. Polis əməkdaşlarının Aşağı Seyfəli kəndində keçirdiyi əməliyyat zamanı çətənə kolları yetişdərən şəxs iş elə başında yaxalanıb.

Polisin saxladığı şəxs Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Azər Süleymanovdur. Buna səbəb onun yaşadığı evdə və fərdi təsərrüfatında narkotik vasitələrin kultivayası ilə məşğul olması olub. Polis əməkdaşları aqronom və hal şahidlərinin iştirakı ilə Azər Süleymanovun yaşadığı evə baxış keçirən zaman oradan xeyli sayda çətənə kolu aşkarlayıblar.

Hilal Rüstəmov baş müstəntiq:Baxış zamanı onun evindən və həyətində olan istixanadan ümumilikdə 18 ədəd əkilib becərilməsi qadağan olunan narkotik təbiətli çətənə kolları aşkar edilərək götürülüb.

Saxlanılan şəxs illərdir narkotik istifadəçisi olduğunu da etiraf edib. O həmin çətənə bitkisindən baş ağırılarını sakitləşdirmək üçün istifadə etdiyini deyib.

Azər Süleymanov saxlanılan şəxs:Toxumunu Şəmkirçayının qırağındna yığmışdım. 3-4 kol idi. Onun bir dənəsindən çıxmışdı. Gördüm məni sakitləşdirir. Onun toxumundan gətirib səpdim. Dedim bəlkə başımı bir az sakitləşdirər.

Çətənə kolları ilə sakitləşdirilən baş Azər Süleymanovu sözün əsl mənasında işə salıb. O əməlinə görə qanun qarşısında cavab verməli olacaq.

Natiq Hüseyn