Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olan zaman yoxlama məqsədilə Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda saxlanılıb. Avtobusa baxış keçirərkən salonun boş olduğu halda onun baqaj yerində gizlədilmiş 7 nəfər aşkar edilib. İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs olunub. Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.
- Baxış: 723