• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2262
— 06.01.2021 20:40

Hərbi qulluqçuların sağlamlığı diqqət mərkəzindədir

KepezTV Player

Mobil səhra hospitalları və səyyar tibb qrupları günün 24 saatı, fasiləsiz olaraq şəxsi heyətin sağlamlığının keşiyindədir. İşğaldan azad edilən ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutkaboyu fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir, kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.