• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 06.01.2021 18:11

Dizelin bahalaşması ilə əlaqədar subsidiyalar artırılacaq

KepezTV Player

Məlum olduğu kimi, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artıb. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq. Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.

İstehlakçılar bazarda sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, (012) 498-15-01, (012) 498-15-04 əlaqə nömrələri vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.