• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 06.01.2021 16:53

Uşaqlıq arzusuna çatan qazimiz

KepezTV Player

Neçə ki, bu dövlət, bu millət var, tarix yazan qəhrəmanlarımız, şəhidlərimiz  əbədi olaraq yaşayacaq. Vətən müharibəsində zəfər çalmağımız da məhz onların əzmkarlığı, igidliyi sayəsində mümkün oldu. Adını tarixə yazdıran, igidlərimizdən biri də qazi Nəsirəddin Cəfərovdur.

Qəlbi vətən sevgisi ilə döyünən Nəsirəddin Cəfərov səfərbərlik elan olunan andan könüllü olaraq cəbhəyə yollanıb. 27 yaşlı qəhrəmanımız Daşaltında gedən döyüşlərdə fəal iştirak edib. Şuşa əməliyyatında gözündən, ayağından və qolundan yaralanıb. Yaşadıqlarını qürur dolu hisslərlə danışması bir daha Azərbaycan oğullarının yenilməzliyini sübut edir.

Nəsirəddin Quliyev qazi: Hətta biz təlimlər keçəndə düzdü yorulurduq, amma yorğun olmaq bizə aitdi da, kişilərə aid olan şeydir. Amma belə əksinə daha da həvəslənirdik. Orda komandirlərimiz çox gözəl bizə motivasiya verirdilər, bizi ruhlandırırdılar. Gəlirdilər çəkilişlər olurdu, ondan sonra video-roliklər bizə göstərirdilər ki, bizim bəs ön cəbhədəki, qardaşlarımız nə işlər görürlər. Biz də elə hər səfər cəhd edirdik ki, bizi də buraxsınlar, o da nəsib oldu. Həmd olsun Allaha özümüz də getdik, iştirak elədik.

Belə deyim var - Ürəkdən istədiyin arzu, gec ya tez yerinə yetər. Nəsirəddin də elə uşaqlıqdan bu arzu ilə böyüyüb, hər zaman vətən uğrunda gözünü qırpmadan  döyüşmək üçün can atıb.

Nəsirəddin Quliyev qazi: Füzulidə olanda torpağı öpürdük ki, biz gəldik oralara çıxdıq. Heç inanmırdıq ki, biz misal üçün Şuşada olaq. Gəldik oraları görəndə dəhşət çox sevindik, öz uşaqlarımızla, əsgər yoldaşılarımızla, döyüş yoldaşlarımızla. Onlarla Çox fəxr edirdik ki, İlahi bu bizə nəsib oldu. Bizim Daima niyyətimiz olub Ali Baş Komandan əmr versin, biz də boynumuza düşən vəzifəni icra edək.

Qazimizin anası da hamı kimi oğlu ilə fəxr edir. Axı düşmən taptağından qurtulan torpaqlarda onun oğlunun da payı var.

Aynur Cəfərova qazinin anası: Uşağlığı Rusiya da böyüyüblər bunlar, orda yaşamışıq. Orda yaşamağımıza baxmayaraq, daima mənim uşağım elə bil bura ilə nəfəs alırdı. Bir ana kimi ürəyimdə rahatlıqda var idi, bilirdim ki, elə bil Allah qovuşduracaq övladıma. Bu günə min şükür. Əvvəla mən bütün şəhid analarının qarşısında bir qazi anası olaraq baş əyirəm. Onlar hamımızın övladıdır. Belə uşaqlarımız bizim çoxdur, əsasən da bu Cənab Prezidentimizin möhtəşəm çıxışından sonra, çağırışından sonra onsuz da inam var idi təbii ki, bizim Prezidentimizə o çağırışdan sonra daha çox qürurlandı cavanlarımız.

Döyüşlərdə göstərdiyi şücaətə görə Nəsirəddin Cəfərov “Döyüşdə fərqlənməyə görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.