• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 06.01.2021 18:01

İki kənd minalardan tam təmizlənib

KepezTV Player

Ağdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə,Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri davam etdirilir.Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə isə taxıl əkini aparılır. Artıq 700 hektardan artıq ərazi təmizlənərək şumlanıb və taxıl əkilib. Proses davam etdirilir.

Ağdamda bərpa edilən Şəmsi kəhrizi istifadəyə verildi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bərpa olunmuş Şəmsi kəhrizini Ağdam rayonunda yerləşən Mirəşelli kəndinin icmasının istifadəsinə təhvil verib.Bu, “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində təhvil verilmiş ilk kəhrizdir.Su sərfi 27 litr-saniyəyə bərabər olan kəhriz 214 ailəni içməli su, 75 ailəni və 90 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək.