Şəmkirdə bibisinin evini qarət edən şəxs saxlanılıb. Qardaşoğlu cinayəti törətdikdən sonra izi itirmək üçün evi yandırıb da.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar ayında da eyni ünvandan 1800 manat nağd pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması və fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.
Rauf Sadıqov müstəntiq: Oğurluq yolla əldə edilən qızıl zinət əşyalarının bir qismi isti izlərlə tapılaraq maddi sübut kimi tanınıb və işə əlavə edilib.
Saxlanılaraq istintaqa təhvil verilən Elşən Həsənov oğurladığı qızıllların bir qismini lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.O cinayət izlərini itirmək üçün evə od vurduğunuda etiraf edib.
Elşən Həsənov saxlanılan şəxs: Fikirləşdim necə edim bilməsinlər. Aynanı açıb içəri butulkada benzin töküb yandırdım. Anca qyandıran vaxt tez aynanı örtüm. Dedim qoy tez keçsin. Hava olmasın keçsin. Həmin vaxt sumkanı və digər əşyalarıda götürdüm.
Elşən Həsənovun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 248