• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 06.01.2021 12:38

17 yaşlı yeniyetmə həmyaşıdını qətlə yetirdi

KepezTV Player

Şəmkirdə qətl törədilib. Rayon prokurorluğunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında baş verib. Şəmkir şəhər sakini 17 yaşlı Tağıyev Əhliman Kənan oğlu öldürülüb. Araşdırmalarla zərərçəkənin tanışı, 17 yaşlı yeniyetmə ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yarandığı, bu zaman həmin şəxsin istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə istintaqa cəlb olunub.