• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2283
— 06.01.2021 12:33

Erməni terrorundan zərər çəkənlər diqqət mərkəzindədirlər

KepezTV Player

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndələri Gəncədə Vətən müharibəsi zamanı ermənilərin törətdiyi cinayətlərlə tanış olub. Şəhidlər xiyabanında olan birlik üzvləri şəhərdə dinc sakinlərin raket atəşinə tutulduğu yaşayış yerlərinin dağıntıları ilə tanış olublar. Millət Vəkili Naqif Həmzəyev törədilən terror, dəyən zərər, verilən qurbanlar barədə qonaqları məlumatlandırıb. İkinci böyük şəhərə olunan xain hücum nəticəsində 4 uşaq hər iki valideynini itirib. İMZA nümayəndələri həmin uşaqların ailərini ziyarət edərək, balacalara hədiyyələr verib, maddi və mənəvi dəstək göstərilib. Birlik sədri Xəyyam Əsgərov bu kimi sosial tədbirlərin davamlı xarakterinə toxunaraq, bunu Azərbaycan xalqının həmrəyliyinin nümunəsi olaraq vurğulayıb.