• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 06.01.2021 12:46

Şuşayadək döyüş yolu keçən qazi

KepezTV Player

44 günlük müharibədə yaralanaraq qazi olan 29 yaşlı Gəncəvi Əliyev sağalaraq doğma rayonuna qayıdıb. Qazini böyüyüb-boya başa çatdığı Göygöl rayonunun girişində ictimayyət nümayəndələri qarşılayıb. Gəncəvi Əliyevin timsalında Azərbaycan ordusunun qazandığı qələbə yüksək qiymətləndirilib. Ordu sıralarında Baş cavuş kimi 9 ildir ön cəbhədə xidmət aparan Gəncəvi Əliyev cəbhənin müxtəlif istiqamətlərində reallaşdırılan əməliyyatlarda iştirak edib. Son olaraq Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Ölkə prezidenti tərəfindən müxtəlif medallarla təltif edilib. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı maşın karvanı qazini yaşadığı Şəhriyar kəndinədək müşayət edib.

Gəncəvi Əliyev qazi: Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinin əllərindən öpürəm. Onların qarşısında baş əyirik. Şəhidlərimizin sayəsində torpaqlarımız işğaldan azad olunub. Biz çox sevinirik. Bu gün torpaqlarımız işğaldan azad olundu. Allah Ali Baş Komandanımızın canını sağ eləsin.

Zahid Əliyev qazinin atası: Ali Baş Komandanımızın sayəsində şükür allaha bütün torpaqlarımız azad olundu. İlahm Əliyevə can sağlığı uzun ömür arzulayırıq. Yaşasın Azərbaycan Qarabağ bizimdir.