• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 05.01.2021 20:39

Şəhidin ikinci oğul övladı doğulub

KepezTV Player

Vətən Müharibəsi qəhrəmanlarından olan, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Tovuzun Dondar Quşçu kənd sakini Əmrah Əliyevin oğul övladı dünyaya gəlib. Bu şəhidin ikinci övladıdır.  Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adı şəhidimiz vəsiyətinə əsasən Rüfət qoyulub. Yeni ilin ilk günlərində dünyaya gələn körpə 3 kq 800 q ağırlığındadır. Ana və övladının sağlamlığı qaydasındadır. Şəhidin həyat yoldaşı Leyla Əliyeva hər iki övladını hərbçi kimi, şəhidin adına layiq böyüdəcəyinə söz verib.

Leyla Əliyeva şəhidin həyat yoldaşı: Heç nə demədi. Dedi özünüzə baxın. Uşaqlara yaxşı baxın. Başqa heç nə deyə bilmədi. Mən yoldaşımla fəxr edirəm. Qürür hissi keçirirəm. Vətən sağ olsun. Başqa heç nə deyə bilmərəm.

Zahidə Əliyeva şəhidin anası:Özünün vəziyyəti olub ikinci övladına atasının adını qoysun. Birinci övladının adını mən qoymuşdum. Dedi ay mama ikinci uşağın adını mən qoyacam. Dedim nə qoyacan. Dedi mama atamın adını qoyacam.