• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 05.01.2021 22:20

Şəhadətə ucalan snayper

KepezTV Player

Neçə illərin həsrətinə, nisgilinə son qoyuldu. Alınımız açıq, başımız ucadır. Qalib ölkənin vətəndaşlarıyıq. Bu güclü dövlət və qəhrəman oğullarımız sayəsində mümkün olub. Belə igidlərdən biri də şəhid gizir Ceyhun Abbasovdur.

Ceyhun Abbasov 13 ilə yaxın idi orduda gizir olaraq xidmətdə idi. Snayper olan Ceyhun verilən tapşırıqların vaxtında icraçısı kimi ad çıxarmışdı. Aprel döyüşlərində və ermənilərin Tovuz təxribatı zamanı düşmənə sarsıdıcı zərbələr endirib. Onun bu şücayəti ali baş komandan və müdafiə nazirliyi tərəfindən medal və fəxri fəmanlarla qiymətlənirilib. Vətən müharibəsində isə təcrübəli hərbçi kimi Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şücayət göstərib. Amma düşmən gülləsindən şəhadətə ucalır. Onun bu igidliyi ali baş komandan tərəfindən Vətən uğrunda medalı ilə mükafatlandırılır.

Leyli Abbasova şəhidin həyat yoldaşı: Ceyhun vətənini sevən, vətənini qoruyan, bütün çətinliklərə dözən, sinə gəlib. Günü postdarda, səngərlərdə keçib. İkinci Qarabağ müharibəsində Ceyhunun etdiyi hərəkətləri hər kəs bilir. Öz döyüşləri deyir, mən də onları eşidən də balalarımla birlikdə fəxr edirəm. Çox sağ olsun ali baş komandan, cənab prezidentimiz ki, belə qayğı göstərir. Ceyhunun etdiyinə görə təltif edib.

Tamam Qəribova şəhidin qaynanası: Yanındakılar söyləyir ki, çox şücayətlə döyüşüb. Biz axtarırdıq orada palkovnik var idi qürurla dedi ki, o düşmən səngərində şəhid olub. Bu özü o deməkdi ki, o necə oğlandı. Ali baş komandanımız İlham Əliyev prezidentimizə minnətdarıq ki, Ceyhunun əməyini qiymətləndirdi.

Ceyun Abbasov və onun kimi oğulların arzusu idi işğalda olan torpaqlarımızı azad etmək. İndi onların bu arzusu yerinə yetib. Biz qalib bir ölkə, Qarabağlı azərbaycanıq.

Elnur Vahidoğlu