Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ödənilir.
- Baxış: 164