• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 05.01.2021 16:19

Zəngilan rayonunun Cahangirbəyli kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Zəngilan rayonunun Cahangirbəyli kəndindən videogörüntülər yayıb. Oxçu çayının sahilində yerləşən kənd XIX əsrdə Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanıb. Cahangirbəyli kəndi rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşir.Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olub, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınıb. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olub və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınıb. Suvarma üçün əsas mənbə Oxçuçaydan ayrılmış Şirinbəy və Qıraq arxlardır. Kənddə şərab zavodu da fəaliyyət göstərib.