• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 05.01.2021 12:38

Gəncə sakinində silah və narkotik aşkarlanıb

KepezTV Player

Gəncədə üzərində silah gəzdirən şəxsi saxlanılıb. Ondan əlavə olaraq  narkotik vasitə də aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməliyyatçılarının saxladığı şəhər sakini, Arzu Kərimovdur. Polis onu şəhərin Sovxoz Nizami adlanan ərazidə saxlayıb. Üzərindən 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, həmin tüfəngə məxsus 3 ədəd patron və 1 ədəd kağız bükümdə ümumi çəkisi 1.64 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Arzu Kərimovun şəhər ərazisindəki fərdi yaşayış evinə də baxış keçirilib.

Eşqin Qasımov  DİN-in mətbuat xidmətinin əməkdaşı:Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən, sellofan torbadan aşkar edilən odlu silahın qundaq və lüləyi, fərdi yaşayış evinin yataq otağından isə parça torbada ümumi çəkisi 406 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Saxlanılan şəxs odlu silahı bir müddət əvvəl zibillikdən tapdığını, marixuananı isə şəxsi istifadə üçün saxladığını bildirib.

Arzu Kərimov saxlanılan şəxs:Dəsmalın arasında gördüm nə isə var. Açanda gördüm silah. Gətirdim evə lüləyini kəsdim. Lüləyini məhlədə gizlətdim. Özünüdə evə qoydum. Bu gündə istədim götürüb aparıb başqa yerdə gizlədim. Başqa yerə gizlətməyə aparanda polis əməkdaşları saxladılar. Üzərimdən silah çıxdı.

Arzu Kərimovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Natiq Hüseyn