• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 05.01.2021 12:34

Karantin rejiminin pozulduğu çay evi aşkarlanıb

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Aparılan yoxlamalar zamanı şəhərdə gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlanıb.

Görüntülər Gəncədə Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evindəndir. Polisin reydi zamanı aşkarlanan neqativ halın aradan qaldırılması istiqamətində qəti tədbirlər göralərək obyektin fəaliyyəti dayandırılıb. Çay evinin icarədarı Xəyal Yəhyayev və müştəriləri saxlanılaraq rayon Polis İdarəsinə gətirilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Xəyal Yəhyayev obyektin icarədarı:Bu gün axşam fikirləşdim öz dost tanışımla oturub çay içmək istədim. Həmin vaxt polis əməkdaşları gəlib bizi oradan yığışdırıb polis bölməsinə apardılar.

Dostların çay içmək sevdası isə baha başa gəlib. Saxlanılanlar inzibati qaydada cərimələniblər.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:Obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib. Görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

Polis əməkdaşları bu kimi neqativ halların qarşısını almaq üçün barışmaz mübarizə aparırlar.