• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 05.01.2021 12:31

Şəhid xanın xatirəsi yad edilib

KepezTV Player

Cavad xan rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının 217-ci ilində anılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, şəhər ictimayyətinin nümayəndələri ötən gün xanın qəbirüstü türbəsində olaraq, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın şücaəti,bütün Azərbaycan xalqının qürur mənbəyidir.  Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılıq etdiyi qoşunla döyüşdə, oğulları ilə birlikdə həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib.

Naqif Həmzəyev millət vəkili: Cavad Xanın adının əbədiləşdirilməsi üçün Azərbaycan dövləti tərəfindən çoxlu işlər görülüb. Gəncədə böyük qəsəbələrdən biri Cavad Xanın adına verilibdir. Cavad Xanın məzarı üzərində Heydər Əliyev Fondu tərəfindən bu abidə ucaldılıb. Gəncənin ən işlək küçəsi Cavad Xanın adını daşıyır. Cavad Xan hər kəsin qəlbində yaşayır. Biz Cavad Xanın qəhrəmanlıqlarını unuda bilmərik.

Müzadil Həsənov "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti: Cavad Xan həm xanlarımız içində yeganə şəhiddir, həm də şəhidlərimiz içində yeganə xandır. Bu örnək, bu nümunə millətimiz üçün varlıq olaraq qalacaqdır.