• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 05.01.2021 12:25

Tarif Şurası benzinin qiyməti ilə bağlı yeni qərar verdi

KepezTV Player

Tarif Şurasının növbəti iclası keçirilib.Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq.Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır.Tarif Şurası təbii qazın tariflərinin artırılmasını isə məqsədəmüvafiq hesab etməyib.