• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 31.12.2020 20:47

Qələbə ilə qarşılanan yeni il

KepezTV Player

Bu gün dünya azərbaycanlıları həmrəy olaraq 2020-ci ili yola salaraq yeni ili qarşılayır. Arzularımız çox, ümidlərimiz boldur. Amma uğurumuz, sevincimizlə gedirik yeni ilə.

Hər il bayramda “Gələn il dünya Azərbaycanlılarının həmrəlik gününü və Yeni ili Qarabağda keçirdək” deyə arzu edərdik. Bu gün isə gün o gün olsun dediyimiz həmin o günləri yaşayırıq. Qalib xalqın nümayəndələri olaraq, bayramlarımızı ən gözəl şəkildə qeyd etmək, bizim haqqımızdır.

Heç kim 2020-ci ili belə təsəvvür etmirdi. Nə başlanğıcını, nə sonunu. Amma həmişə yadda qalan son olur, nəticə olur. Odur ki, ili minor notlarla başlayıb major notlarla yola salırıq. Özü də sədasını bütün dünyaya eşitdirdiyimiz, bizim üçün bayramları bayram edən hadisə - Qarabağımız alınması ilə.

Bu il koronavirus pandemiyası Yeni İl Bayramı ab-havası elə də hiss elətdirmir. Ölkə üzrə kütləvi tədbirlərin keçirilməsi, həmçinin kafe və restoranların yerində servis göstərməsi qadağan edildiyindən bayramı da karantin şəraitində qeyd etmək məcburiyyətindəyik. Amma olsun, əvəzində tamıq, bötüvük, heç vaxt olmadığı qədər həmrəyik, illər bir-birini əvəz edərkən arzuladığmız artıq realdır. Bundan böyük bayram xoşbxtliyi ola bilərmi?

Biz yeni ili elə sözün əsl mənasında həmrəy olaraq qarşılayırıq. Kiçiyindən böyüyünə, sadəsindən vəzifəlisinədək Qarabağ üçün, işğala son qoymaq üçün həmrəy olduq bu il. Həm də sübut etdik, böyük xalq olmağımızı, gücümüzü, göstərdik Cıdır düzündə necə yallı gedilməyini. Biz 2021-ci ili qalib xalqın nümayəndələri, zəfər çalan dövlət olaraq qarşılayırıq. Deyirlər, ili necə qarşıladınsa, elə də davam edəcək il boyu. Odur ki...

Sizi Yeni il və Dünya Azərbaycanlılarının həmrəlik günü münasibə ilə təbrik edir və sevdiklərinizə qorxmadan, doya-doya sarılacağınız bir il olmasını diləyirik. Sağlamlığımızın sınanmadığı 365 gün yaşamaq diləyi ilə qələbəmiz, bayramımız mübarərək...

Nərgiz Əhmədqızı