• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 30.12.2020 19:14

Əsgərlərin ifası

KepezTV Player

Bizi musiqi ilə hələ bələkdəykən oxuduğu laylalarla analarımız tanış edir. Biz qulağımıza oxunan o ilk azanı da, ruhumuza işləyən bəstələri də ürəyimizə həkk edirik. Elə düşmənlə fərqimiz də budur. Mədəniyyət fərqi. Bunu torpaqlarımızı zəbt edərkən bütün mədəniyyət ocaqlarımızı, heykəlləri, musiqi məktəblərini yerlə yeksan edən düşmən bir daha göstərdi. Bəs Azərbaycan igidləri nə etdi? Ölümün cəngindən çıxıb nəfəs dərəndə tapdıqları musiqi alətlərinə yeni nəfəs gətirdilər. Gəlin Zəfərimizə gedən o yolda igidlərin yaddaqalan ifalarına bir daha nəzər yetirək.

Adı dastana dönən şəhid Xudayar Yusifzadə... “Qal sənə qurban” deyib canlarını vətən üçün qurban verdilər Müharibə bizə göstərdi ki, silah tutan əllər necə zərif toxunuşlar edə bilərmiş Bir oldular, yumruq oldular, düşmənə qan uddurdular Qarabağ dağları “Sarı gəlin” sədası üçün darıxmışdı Döyüşün yorğunluğunu musiqi ilə çıxaran igidlər Sizdən ayrı düşən ürək deyil, bədən oldu Azərbaycan əsgərinin sınıq pianinoda "Əsgər marşı" ifası Azərbaycan əsgərinə eşq olsun!