• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 30.12.2020 19:54

Ad günün mübarək, Gəncə!

KepezTV Player

Gəncə. Nə gözəl səslənir bu söz. Hər hərfində, mənasında tarix yatan, qəhrəmanlıq simvolu olan şəhər. Bütün azərbaycanlıların paytaxtı hesab edilən gözəl diyar. Əsarətlər altına düşdü, amma əyilmədi, dəfələrlə abadlar, pollar qoşuldu adına, amma ürəklərdə yaşadı. Ta 31 il öncəki əbədiyyətə qədər.

Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılıb Gəncə. Bu əhalinin müqavimətini qırmaq, tarixi yaddaşını silmək cəhdləri olsa da nəticə verməyib. Dəfələrlə əsarət altına düşməsi Gəncənin ad olaraq silinməsinə gətirib çıxarırdısa, sakinlərinin qəlbində və dilində əsla itmirdi bu söz.

Bəxtiyar Məhərrəmov - tarixçi: Topinimləin ən birincisi Qanzasar məbədidir. Onun qədim adı Gəncəsər məbədi olub, sonradan ermənilər ora köçürüldükdən sonra onun adını süni sürətdə dəyişdirdilər.

Qəlblərdə yaşayan bu toponim elə imperiya dönəmində də dillərdən düşməyib. Lakin Heydər Əliyevin sovet Azərbaycanına hakimiyyətə gəlişi ilə mənzərə dəyişir. Gəncə adının bərpası istiqamətində ilk addım atılır.

Bəxtiyar Məhərrəmov - tarixçi: Çünkü sovet hakimiyyəti Gəncə şəhərinin adını qaytarılmasına incə yanaşırdı o zaman ki dövürdə Heydər Əliyev onunla belə bir tədbir görülmüşdür ki Gəncə şəhərində iki rayon olsun birinin adı Gəncə digərinki Kəpəz olsun bununlada Gəncənin tarixi adı qismən olsada özünə qaytarılırdı....

Bu hal Kirovabadın Gəncəyə çevrilməsini bir qədər də sürətləndirir. Ötən əsrin 80-ci illərinin sonunda aktiv fazaya qədəm qoymaqla Şəhər Xalq Deputatları Sovetinin Gəncə adının bərpası barədə qərarın qəbulu ilə nəticələnir. Bir ay sonra 1989-cu ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti isə bu qərarı rəsmiləşdirir. 4000 ildən artıq yaşı olan Gəncə dahi Nizaminin yurdu, qəhrəman Cavad Xanın torpağı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, müstəqil ölkəmizin ikinci ən böyük şəhəri, Vətən müharibəsinin məğrur şəhəridir.