• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 30.12.2020 16:22

Şəmkirdə şəhid ailələrinə 1000 manat bayram payı verildi

KepezTV Player

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şəhid ailələri ilə növbəti görüş keçirilib. Rayon rəhbərliyi vətən müharibəsində Şəmkirli igidlərin göstəridyi şücayətdən və qazanılan qələbədən danışıb. Ölkə prezidenti tərəfindən döyüşlərdə iştirak edən şəhid və qazilərin, müharibə iştirakçılarının diqqətdən kənarda qalmadığı vurğulanıb. Bu qayğının təzahürü olaraq yeni il ərəfəsində İkinici Qarabağ savaşında və aprel döyüşlərində şəhid olan igidlərin ailə üzvlərinin hər birinə rayon icra hakimiyyəti tərəfindən 1000 manat məbləğində pul mükafatı verilib. Vəsait şəhid ailələrinə poçt şöbələri vasitəsi ilə çatdırlıb. Ümumilikdə rayon üzrə 64 şəhid ailəsi bu bayram payından yararlanıb.

Əzizə Vəliyeva şəhid ailəsi Həmrəylik günümüzdür. Biz qürur duyuruq. Bu ilimiz əvvəlki illərdən daha fərqlidir. Çünki Qarabağımız azaddır. Bunu bizə bəxş edən şəhidlərimizə qzilərimizə təşəkkür edirik. Onların ruhu qarşısında baş əyirik. Biz şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə Ali Baş Komandana təşəkkür edirik. Biz özümüzü heç vaxt tək hiss etmirik.

Famil Əliyev şəhid ailəsi Mən fəxr edirəm oğlum vətən yolunda şəhid olub. Oğlum vətən uğrund aborcunu yerinə yetirdi. Dövlətimzzdə sağ olsun bizə hər cür qayğını göstərir. Allah onlardan razı olsun.

Rəna Mədətova şəhid ailəsi Məndə bir şəhid anası kimi başımı uca tuturam. Məndə fəxr edirəm oğlum illərdir alınmayan torpalqarın alınmasında iştirak edib.

 

Natiq Hüseyn