• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2312
— 30.12.2020 16:00

Vətən müharibəsinin qəhrəman qazisi

KepezTV Player

İgid oğullarımız döyüş meydanında çiyin-çiyinə vuruşaraq hərb tarizimizə şanlı qələbəmizi yazdılar. Xalqımızın illərin arzularını istəklərini yerinə yetirdilər. Bununla da bir daha güclü dövlətimizin və ordumuzun nəyə qadir olduğunu bütün dünyaya sübut etdilər. Belə oğullarımızdan biri də qazi kiçik çavuş Əli Babayevdir.

Samux rayonunun Sarıqaya kəndində dünyaya göz açan Əli Babayev uşaqlıqdan vətənini, torpağını sevən bir oğul olub. Elə bu sevgi onu hərbi xidmətini başa vurmasından sonra da orduda saxlayıb. İlk günlərdən elə ön cəbhədə vuruşub. Murovdağ, Füzuli, Hadrud, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Ağır döyüşlərin birində hər iki ayağında yaralanıb.

Əli Babayev - qazi: Xüsusi təyinatlıya getməyə seçdilər bizdə 36 nəfər könüllü getdik. Heç kim dala qayıtmaq istəmirdi hamı istəyirdi ki, ancaq qabağa getsin elə ruh yüksəkliyi var idi. Şuşa istiqamətində komplektləşdik xüsusi təyinatlı dəstə ilə getdik bir gün düşmən arxasında qaldıq. Bir mərmi düşdü yanımıza iki nəfər yaralandıq. Ali baş komandana minnətdarlığımızı bildiririk.

Babayevlər nəslinin 21 yaşlı qəhrəman oğlu ilə valideyinləri, qohumları haqlı olaraq fəxr edir. Onun vətən müharibəsində etdiyi bu şücayət hər kəsi qürurlandırır.

Zaur Babayev - qazinin atası: Hərbi xidmətini bitirəndən sonra təzədənnən hərbiyə yazıldı. Müharibə də başlıyandan müharibəyə getdi, döyüşlərdə olub. Mən fəxr edirəm ki, oğlum da döyüşlərdə iştirak etdi. Ali baş komandana da minnətdarlığımızı biliririk sağ olsun.

Ruhiyyə Babayeva - qazinin anası: Övladım çox vətənpərvərdir. Ailə canlıdır, ataya anaya çox mehriban uşaqdı. Ruh yüksəkliyi ilə mənim övladım döyüşlərə qatıldı. Allah prezidentimizə can sağlığı versin, hərkimlərdən də razıyıq.

Rahilə Hüseynova - qazinin bibisi: Əli oxuduğu məktəbdə də kollektivdə də həmişə şahin yarışlarında bayrağı Əli birinci götürürdü. Əli həmişə özünü doğruldub, vətəninə, torpağına bağlı oğlandı. Bu müharibəni bütün ailələr yaşadı. Bir müharibədəkilər yox biz hamımız həyacan içində televizora baxırdıq. Allah əsgərlərimizə can sağlığı versin, Allah ölənlərimizə rəhmət etsin, yaralarımıza şəfa versin, prezidentimizi ucalar ucası etsin.

Müddətdən artıq hərbi qulluqçu kiçik çavuşun indi tək bir arzusu var. Tezliklə sağalaraq uğrunda döyüşdüyü vətən torpağına ayaq bassın və yenidən döyüşçü yoldaşlarının yanına qayıtsın.

Elnur Vahidoğlu