• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 30.12.2020 15:35

Qazi coşqu ilə qarşılanıb

KepezTV Player

Gəncədən Vətən müharibəsində iştirak edərək qazi olan Əli Hüseynov şəhərin girişində yüksək coşqu ilə qarşılanıb. Qazinin qohumları, dostları, eləcə də şəhər ictimayyətinin nümayəndələri əllərində bayraqla qazini salamlayıblar. 29 yaşlı əsgər vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Şuşa uğrunda savaşda yaralanıb. Qazinin bu igidliyi dövlət tərəfindən 2 medalla qiymətləndirilib.

Əli Hüseynov - qazi: Sevinirəm torpaqları azad elədik. Şükür bütöv Azərbaycan olduq. Döyüşdə fərqlənməyə görə, Şuşa uğrunda döyüşdə medalları ilə təltif olundum. Allah ali baş komandanın canına sağlıq versin.