• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 30.12.2020 16:03

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərləri görüşüb

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub. Bortnikovun vasitəçiliyi ilə Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib. Üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.