• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 30.12.2020 09:26

Müdafiə naziri ordunu təbrik edib

KepezTV Player

Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı naminə məqsədyönlü islahatların həyata keçirildiyi, dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin daha da artırılması məqsədilə atılan addımların bu islahatların əsas tərkib hissəsi olduğu deyilir. Təbrikdə həmçinin, Ali Baş Komandanın rəhbərliyi altında erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar, şücaətlər sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımızın azad edildiyi vurğulanıb.