• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 30.12.2020 09:20

Nazir beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı ilə görüşüb.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib. Beynəlxalq təşkilatların nümayəndələri “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” metodologiyasına uyğun olaraq münaqişənin təsirinə məruz qalmış ərazilər, o cümlədən Dağlıq Qarabağda müvafiq qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə ediblər.