• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 30.12.2020 09:23

Şəhərin tarixi adının bərpasından 31 il keçir

KepezTV Player

Tarix boyu Azadlıq, İstiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından bu gün 31 il keçir. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli insanların təkidi ilə məhz 1989-cu ilin 30 dekabr tarixində qədim Gəncə 54 il sonra öz adına yenidən qovuşub. Tarixdə Gəncənin adı dəfələrlə dəyişdirilib. Şəhər illər boyu Abbasabad, Yelizavetpol, Kirovabad adlarını daşıyıb. Gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Gəncə Dahi Nizaminin yurdu, qəhrəman Cavad Xanın torpağı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, müstəqil ölkəmizin ikinci ən böyük şəhəri, Vətən müharibəsinin məğrur şəhəridir.