• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2404
— 29.12.2020 21:02

Gəncəli qəhrəman qazimiz Kərim Quliyev

KepezTV Player

Biz bugünkü sevincimizi, qələbəmizi şəhidlərimizlə yanaşı, vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizə də borcluyuq. Onları tanımaq və tanıtmaq isə mənəvi borcumuzdur. Kərim Quliyev də torpaq yolunda sağlamlığından olan qəhrəmanlardan biridir.

Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə qolundan xəsarət alan alan Kərim Quliyevin bu gün 25 yaşı tamam olur. Azad torpaq, əldə edilən zəfər bu gün onun üçün ən böyük hədiyyədir. Qazimiz böyük qürur hissi ilə deyir ki, yaralansa da ürəyi hər zaman cəbhə ilə döyünüb.

Kərim Quliyev qazi: Bu gün ad günümdə mənim burda olmağımın səbəbkarı şəhid qardaşlarımızdır. Mən şadam ki, bugünkü gündə o  döyüşlərin bir parçası olmuşam.Yenədə nə lazım olsa biz bir əl yox, bir can yox, bir ayaq yox, bütün canımızla, qəlbimizlə Azərbaycana xidmət etməyə hazırıq.

Torpaq həsrətinə Kərim kimi mərd, əzmkar oğulların sayəsində son qoyulub. Onların vətən sevgisi bütün çətinliklərə qalib gələrək, daima irəli getməyə sövq  edib və sonda qələbə bizim olub.

Kərim Quliyev qazi: Biz hamımızın əhval-ruhiyyəsi yaxşı idi. Bizi  bir şey ancaq  maraqlandırırdı ki qələbə və qələbə. Bir nəfər dala çəkilmək yox, biz ancaq qələbə və qələbə ilə də yekunlaşdırmaq istəyirdik. İnşaAllah indən sonra Cənab Prezidentimizin sayəsində biz çox şeylər əldə edəcəyik, biz elə ölkəyik ,ona layiqli ölkəyik.

Qazimizin anası da sevinclidir. Axı düşmən taptağından qurtulan torpaqlarda onun oğlunun da payı var.

Lalə Qəniyeva qazinin anası: Kərimi çağırışla çağıranda Kərimdə o qədər əhval-ruhiyyə var idi ki. Mən qürur duyuram ki, bu Qarabağ döyüşündə az da olsa oğlumun orda iştirakı olubdu, payı var. Çox sevinirik. Şəhid analarının qarşısında baş əyirəm , onlar  elə  oğullar yetişdirib. Qazi oğullarımıza da Allah şəfa versin.

Döyüşlərdə göstərdiyi şücaətə görə Kərim Quliyev “Döyüşdə fərqlənməyə görə”  medalı ilə təltif olunub.

Qənirə Abbaszadə