• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2136
— 29.12.2020 20:52

Uşaq evinin sakinləri diqqətdən kənarda qalmır

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə uşaq evində olub. Burada olan uşaqların yeni ilini təbrik edilib, onlara bayram hədiyyələri verilib. Uşaq evində hazırda 4 qrupda 3-18 yaş arası 64 uşaq var. Onlar dövlətin qayğısı ilə əhatə olunublar. Uşaqlar vətənə, torpağa aid şerlər səsləndirib, kompazisiyalar nümayiş etdiriblər. Şəhər rəhbəri uşaq evində şəhidlər üçün yaradılan yeni guşə ilə də tanış olub. Uşaq evinin vətən müharibəsində 1 nəfər məzununun şəhid olduğu xatırladılıb. Eləcə də 4 nəfər məzun hazırda hərbi xidmətdədir. Niyazi Bayramov Gəncə uşaq evinin sakinləri ilə süfrə arxasında əyləşib, səmimi söhbət edib yemək yeyib.

Günay Salmanova Gəncə Uşaq Evinin sakini:Bizə göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyev və Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqının təbrik edirəm, tək yeni il yox zəfər bayramı münasibəti ilə də təbrik edirəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır.