• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 29.12.2020 20:41

Yolların tikintisi 1-ci mərhələ üzrə yekunlaşıb

KepezTV Player

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb. Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik hissələri üzrə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri başa çatıb və sözügedən yollara yeni asfalt-beton örtüyü döşənib. Layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb. Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.