• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2466
— 29.12.2020 20:31

970 şəhid ailəsinin 1310 üzvünə ödənişlər edilib

KepezTV Player

"YAŞAT" Fondunun əməkdaşları tərəfindən bu günə qədər 2594 şəhidin 11 minə yaxın ailə üzvü ilə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq  970 şəhid ailəsinin 1310 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb. 40 şəhid ailəsinin 80 ailə üzvünün işlə təminatı məsələsi nəzarətə götürülüb. Bu məsələ müvafiq qurumlarla koordinasiya olunacaq. Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.