• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 29.12.2020 20:25

Davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik

KepezTV Player

“Əgər davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik".

Bunu Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan XİN başçısı bildirib ki, “Altılıq formatı” daxil olmaqla bir sıra addımlar atılmalıdır. “İnanıram ki, bu addımlar atıldıqdan sonra bölgədə davamlı sülhü əldə edəcəyik. Bununla da regionda iqtisadi inkişafa nail olmaq mümkündür”. Sitatın sonu.