• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 29.12.2020 16:52

Şəmkirdə şəhid övladları üçün özəl aksiya

KepezTV Player

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə şəhid övladları üçün xeyriyyə aksiya təşkil olunub. Rayon İcra Hakimiyyətinin təşəbbüsü onlar geyim əşyaları və hədiyyələrlə sevindirilib.

Orudmuzun Vətən müharibəsində qazandığı qələbədə pay sahibi olan şəhidlərin ailələri diqqətdən kənarda deyil. Şəmkir rayonunda da şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir. Qarşıdan gələn əlamətdar bayramlar münasibətilə karantin rejiminin tələbləri qorunmaqla şəhid ailələrinin balaca üzvləri sevindirilib.

 

Aygün Qəhrəmanova şəhid övladı:

Sarıldın silaha bir an sabahadan

Zəfərlə sıyrıldın hər bir savaşdan

Suvardın torpağı şəhid qanı ilə

Qıymadın elinə doğma obana

Sən şərəf gətirdin Azərbaycana

Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyadan 20 şəhid ailəsinin 40-a yaxın övladına bayram payı verilib. Balacalar könüllü gənclərin iştirakı ilə təşkil edilən yarmarkada istədiklərini əldə ediblər.

Elsevər Qəhrəmanova şəhidin həyat yoldaşı: Biz qürür duyuruq. Artıq torpaqlarımız işğaldan azad olunub. Düzdür şəhidlərimiz var. Onlar bizim qürur yerimizdir. Hər birimizin sevinci artıqdır.

şəhidin həyat yoldaşı: Şükür torpalqrımız işğaldan azad olundu. Nə deyə bilərik Allah prezidentimizin canını sağ eləsin.

Rühanə Hüseynova şəhidin həyat yoldaşı: Düzdür bir tərəfdən sevinirik. Bir tərəfədn də pis oluruq. Amma vətən sağ olsun deyirik. Yoldaşım şəhid olduğu andan etibarən hər zaman diqqət və qayğı mərkəzində olmuşuq.

Təranə Ələsgərova şəhidin anası: Oğlumuz vətən uğrunda ölüb. Vətəni onlar qorumasın bəs kim qorusun. Allah ölən şəhidlərimzə rəhmət eləsin. Qalanaların canı sağ olsun. Prezidentimiz də sağ olsun belə şərait yaradıb. Bunlara bu cür geyim verir. Allah canlarını sağ eləsin.

Geyimlərlə yanaşı balacalara Yeni ilin simvolları sayılan Şaxta baba və Qar qız tərəfindən hədiyyələr də təqdim edilib.

Natiq Hüseyn