• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 29.12.2020 12:29

DİN rayonlara getmək istəyənlərə xəbərdarlıq edib

KepezTV Player

Son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə ayrı-ayrı bölgələrdəki istirahət zonalarına getmələri müşahidə olunur. Daxili İşlər Nazirliyi vətəndaşları xəbərdar edir ki, belə şəxslər karantin postlarından buraxılmayacaqlar və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların ərazilərində, o cümlədən istirahət mərkəzlərində mütəmadi reydlər keçiriləcək. Bu zaman iş icazələrindən sui-istifadə edərək istirahət mərkəzlərində olan şəxslər aşkar ediləcəyi təqdirdə belə icazələr ləğv ediləcək, habelə onlar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.