• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 28.12.2020 20:39

Göygöldə fermerlər öz payızlıq əkinlərini bəyan edib

KepezTV Player

Payızlıq əkinlərin bəyanı ilə əlaqədar bölgələrdə fermerlərə aqrar səyyar xidmətlərin göstərilməsi davam edir. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilən mikroavtobusunun növbəti dayanacağı Göygölün Qırıxlı kəndi olub.

Kənd sakinləri mikroavtobuslara yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmətin təşkili zamanı növbə sistemi təşkil olunur, koronavirusla bağlı mövcud tələblərə riayət edilib, Aqrar İnkişaf Könülllüləri tərəfindən fermerlərə tibbi maska paylanılıb, onların müraciətləri qeydə alınıb.

Almaz İsmayılova fermer Hektar yarım yerim var. Taxıl əkirik. Təsərrüftla məşğulam. Bəzi sahələrədn otlaq kimi istifadə edirik.

Alik Abbasov fermer Bu sahədə bizə böyük köməklik göstərildi. Xəsətliyin bu çox yayıldığı bir vaxtda biz başqa ərazilərə getmirik. İndi özləri gəlirlər. Səndələrimidə gətirmişəm. Burada yüklənəcək. Lazım olan qədər kübərmi ona çatacaq pul vəsaitini alacam.

Səyyar xidmət gstərən mikroavtobuslar müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Hazırda respublikanın 6 bölgəsində Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilən mikroavtobusu fermerlərə səyyar xidmətlər göstərir.  

Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Artıq payızlıq əkin üçün bəyannamə prosesi yekunlaşır. Bugünədək EKTİS-də 370 minə yaxın fermer öz əkinini bəyan edib. Bu da təxminən pronozlaşdırdığımız fermerlərin 85 faizdən yuxarıdır. Biz hesab edirik yaxın günlərdə bu prosesi tam şəkildə yekunlaşdıra biləcəyik.

Vüqar Hüseynovun sözlrinə görə, fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalan hissəsindən gələn il də istifadə edə biləcəklər. Bunun üçün “Fermer kartı” bankdan götürülməli və aktiv olmalıdır. Əks halda kartdakı vəsait silinəcək.

Natiq Hüseyn