• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 28.12.2020 20:31

DYP paytaxtdan rayonlara getmək istəyənlərə müraciət edib

KepezTV Player

Son vaxtlar bəzi şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayram qabağı ezamiyyə adı ilə ayrı-ayrı bölgələrdə istirahət zonalarına getmələri müşahidə olunur. Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar, habelə bayram günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə xüsusi karantin postlarından buraxılmayacaqlar. Qeyd olunanları və azyaşlı övladları ilə digər regionlara getməyə cəhd göstərən şəxslərin karantin postlarından qaytarılmalarının uşaqlara mənfi təsir göstərə biləcəyini də nəzərə alaraq, infeksiyanın geniş yayılmaması üçün belə səfərlərə çıxmaq fikrindən daşınmaları tövsiyə olunur.